Orfoqrafiya lüğətindən 1000 söz çıxarılıb, 4000 söz əlavə olunub

Orfoqrafiya lüğətindən 1000 söz çıxarılıb,

“Azərbaycanın dilinin yeni Orfoqrafiya lüğəti nəşrə hazırdır”. Bunu ONA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

O bildirib ki, Orfoqrafiya lüğətinə yeni 4000 söz əlavə olunub, köhnə nəşrdən 1000-ə yaxın söz yeni lüğətə daxil edilməyib.

İnstitut direktoru qeyd edib ki, “Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın layihəsinin təsdiq üçün Nazirlər Kabinetinə göndərilməsi barədə qərar qəbul edilib. Nazirlər Kabineti tərəfindən qaydalar təsdiq edildikdən sonra yeni Orfoqrafiya lüğəti işıq üzü görəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
679 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...