Bakıya 300 yeni avtobus nə vaxt gətiriləcək?

Bakıya 300 yeni avtobus nə vaxt gətiriləcək?

Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə heyətinin sədri Vüsal Kərimli 2019-cu ilin sonunadək bütün avtobuslarda kart sisteminin tətbiq olunacağını açıqlayıb.

Maraqlıdır, hazırda xətdə olan avtobuslara validatorların quraşdırılmasına nə vaxt başlanacaq?

BNA-nın mətbuat katibi Mais Ağayev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ gündəmdədir:

“BNA-nın tələbi ilə daşıyıcıların gətirdiyi və hazırda xətdə olan avtobuslarda da validatorların quraşdırılması gündəmdədir. Bəzi texniki məsələlər həll edildikdən sonra validatorların mərhələləli şəkildə quraşdırılmasına başlanacaq”.

M.Ağayev qeyd edib ki, yeni 300 avtobusun gətirilməsi qarşıdakı aylarda reallaşacaq.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi uzunluğu 12 və 18 metr olan 300 yeni avtobusun gətirilməsi üçün Türkiyənin “BMC Otomotiv Sanayi ve Ticaret” AŞ şirkətilə danışıqlar aparır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
696 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...