“Arvadı olmağa hazır idim, amma Arif boşanmadı…” - 16 illik gizli sevgi
Rusiyanın xalq artisti, kino və teatr aktrisası Tatyana Vasilyeva azərbaycanlı iş adamı Arif Ələkbərovla 16 illik gizli münasibətindən danışıb.
“Qafqazinfo” xəbər verir ki, o, NTV-də yayımlanan “Секрет на миллион” proqramına qonaq olarkən ilk evliliyindən sonra Moskva Satirik Teatrının sponsorlarından biri olan A. Ələkbərovla uzun illər sevgi münasibətində olduğunu açıqlayıb. Aktrisa bildirib ki, sevgilisi Bakıda yaşayıb, tez-tez onu görmək üçün Moskvaya gəlib. T. Vasilyeva həmin şəxsin evli olduğunu, ona bahalı hədiyyələr gətirdiyini vurğulayıb:
“Arif çox zəngin insan idi. Mən o vaxt teatrdan 40 rubl alırdım. O isə mənə aylıq 300-500 rubl verirdi. İlk brilliant üzüyü də mənə o, hədiyyə etmişdi. Düzdür, daha sonra o üzüyü ehtiyacım olduğundan 800 rubla satdım. Bunu Arifə etiraf etdim,çox əsəbiləşdi”.
Tatyana sevgilisinin heç vaxt onun şəxsi həyatıma qarışmadığını sözlərinə əlavə edib: “Mən indi onu tez-tez xatırlayıram. Həyatımda olan heç bir kişi ondan üstün ola bilməz. O, əsl kişi idi. Mən onun arvadı olmağa hazır idim, ancaq Arif boşanmadı. Mənə dedi ki, heç vaxt mənimlə ailə qurmayacaq. Beləcə, bizim evliliyimiz alınmadı. Onun iki övladı var idi, xanımı isə bizim sevgimizdən xəbərdar olmuşdu”.
Tanınmış aktrisa qeyd edib ki, bir neçə il sonra Arif Ələkbərovla münasibətləri pozulub: “Bir gün o, yoxa çıxdı. Arif daha öncədən demişdi ki, mənə nəsə olsa, narahat olma. Bil ki, məni öldürüblər. Müəyyən müddət sonra dostu gəlib dedi ki, onu ölkdürüblər. Bu, mənə zərbə idi. Çox darıxırdım onun üçün. Yenə bir gün-4 il sonra mənə zəng gəldi. Arif idi. “Dedim, sən sağsan?”. Dedi ki, hə, amma baş heç nə soruşma. Məni görüşə çağırdı. Görüşəndə artıq gördüm ki, onun nə zavodu, nə fabriki filan qalıb”.
Vasilyeva azərbaycanlı sevgilisi itəndən sonra ikinci dəfə ailə həyatı qurduğunu açıqlayıb: “Mənim bu evliliyimi həzm edə bilmədi, bunu xəyanət kimi qarşıladı. Yavaş-yavaş məndən soyudu, axtarmamağa başladı. Beləliklə, münasibətimiz bitdi”.
Proqramın aparıcısı Lera Kudryavtseva efirdə A. Ələkbərovla bağlı süjet yayımlayıb. Biznesmenin oğlu danışaraq atasının 2018-ci ildə insultdan öldüyünü bildirib. Eyni zamanda o, atasının aktrisa ilə münasibəti barədə uşaq vaxtlarında məlumatlı olduğunu xatırladıb.
Tatyana Vasilyeva uzun illərdir Arifin yaşadığına ümid etdiyini, bu xəbərə görə çox kədərləndiyini deyib. Hətta proqramda azərbaycanlı iş adamının aktrisaya verdiyi ilk hədiyyəsi də nümayiş olunub. Tatyana Arifin ona şal bağışladığını söyləyib.
788 dəfə oxundu