Vüqar Səfərli: “Heç bir qəzetin maliyyəsi dayandırılmayıb”

Vüqar Səfərli: “Heç bir qəzetin maliyyəsi dayandırılmayıb”

“Yeni qaydaların tətbiqində məqsəd qəzetləri bağlmaq yox, onları inkişaf etdirməkdir. Ona görə bizi istəməyən qüvvələrin ajiotaj yaratmasına gərək yoxdur. Çünki heç bir qəzet bağlanmayıb, maliyyəsi dayandırılmayıb”

Bunu Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib. Bildirib ki, KİVDF aprel ayından ikinci rübün maliyyələşməsinə başlayacaq:

“Mart ayının sonunda bilinəcək ki, hansı qəzetlər ikinci rübdə fəaliyyətini davam etdirəcək. Bu gün demək mümkün deyil ki, hansı qəzetlər həmin şərtləri yerinə yetirə biləcək. Biz şərtlərimizi elan etmişik. Hansı qəzetlər həmin şərtləri yerinə yetirəcəksə, o qəzetlərə ikinci rübdə maliyyə yardımı ayrılacaq. Aztirajlı, şərtləri yerinə yetirə bilməyən qəzetlər isə çox güman ki, onlayn rejimdə fəaliyyət göstərəcəklər. Bu qəzetlərə də dövlət yardımının göstərilməsi nəzərdə tutulub”. (Moderator.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
760 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...