Ərdoğanı təhqir edən 75 yaşlı kişiyə görünməmiş cəza- FOTO

Ərdoğanı təhqir edən 75 yaşlı kişiyə görünməmiş cəza-

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi iddia olunan 75 yaşlı Əli Şahin haqqında istintaq əməliyyatları başladılıb. Publika.az xəbər verir ki, vətəndaş sorğuya çəkilib və bu zaman haqqında qaldırılan iddiaları təkzib edib.

Lakin prokurorluq ona olduqca qəribə və nadir bir cəza verib. Belə ki, Əli Şahin bədii kitablar oxuyacaq və bu kitabların qısa xülasəsini çıxaracaq.

Ərdoğanı təhqir edən 75 yaşlı kişiyə görünməmiş cəza-


Ona verilən siyahıda 24 kitab yer alıb. Siyahının ilk sırasında Ömər Seyfəddinin müəllifi olduğu kitaba yer verilib. Bundan başqa, Nəcib Fazil Qısakürək, Lev Tolstoy, Corc Oruell, Turqay Gülər, Faruq Kösə, Əbdülqadir Səlvinin kitabları da siyahıda olub. Həmçinin Mustafa Kamal Atatürkün “Nutuk” əsəri də oxunanlar sırasına daxil edilib.

Qərar haqqında fikirlərini bölüşən Əli Şahin bildirib ki, vəkili qərara etiraz etsə də, o, kitabları qısa müddətdə tapıb oxumağa başlayacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
706 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...