Nadir Axundov AzTV-dəki Muğam müsabiqəsindən kənarlaşdırıldı - Yerinə AYB katibi gətirildi - RƏSMİ
Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi İlqar Fəhmi AzTV-də yayımlanan “Muğam Televiziya Müsabiqəsi-2019” layihəsinin icraçısı təyin olunub.
Bu barərdə Modern.az-a Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Mətbuat xidmətinin rəhbəri Xatirə Qasım məlumat verib. Beləliklə, 7-ci Müğam Televiziya Müsabiqəsinin münsiflər heyətinin tərkibinə ustad sənətkarlar – xalq artisti Əlibaba Məmmədov, xalq artisti Arif Babayev, xalq artisti Səkinə İsmayılova, xalq artisti Mələkxanım Əyyubova, xalq artisti Mənsum İbrahimov, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi daxildir.
Bundan başqa, müsabiqə iştirakçılarını yeni tərkibli musiqiçi heyəti müşayiət edəcək. Müsabiqənin Novruz bayramı ərəfəsində başlanması gözlənilir.
Qeyd edək ki, Müğam Televiziya Müsabiqəsinin münsiflər heyətinin tərkibindən Nadir Axundov kənarlaşdırılıb.
Nadir Axundov bir neçə gün öncə “Mədəniyyət” telekanalının direktor müavini vəzifəsindən də azad edilib.
Hazırda müsabiqə iştirakşılarının seçim turu davam edir. Bərdə, Gəncə, Şəki və İsmayıllıda regional dinləmələr başa çatıb. Fevralın 8-dən 11-nə qədər isə Bakıda – Beynəlxalq Muğam Mərkəzində seçim turu keçiriləcək və müsabiqə iştirakçılarının müəyyənləşdirilməsi prosesi başa çatacaq.
Xatırladaq ki, Muğam Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Mədəniyyət Nazirliyinin yaxından iştirakı və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilir.
790 dəfə oxundu