“Turan” Agentliyinin redaktoru Şahin Hacıyev artıq Ermənistandadır

“Turan” Agentliyinin redaktoru Şahin Hacıyev artıq Ermənistandadır

“Turan” Agentliyinin redaktoru Şahin Hacıyev bir sıra reportajlar və müsahibələr hazırlamaq üçün 1-5 fevral tarixləri arasında Ermənistanda ezamiyyətdə olacaq.

Modern.az xəbər verir ki, bu barədə “Turan” Agentliyi məlumat yayıb.

Həmin səfərin həyata keçirilməsi üçün Azərbaycan və Ermənistanın müvafiq orqanlarından razılıq alınıb. Belə ki, Ermənistan XİN Hacıyevə və onu müşayiət edən gürcüstanlı və rusiyalı assistentlərə jurnalist akkreditasiyası verib.
Yerevana səfəri çərçivəsində “Turan”ın redaktoru siyasi partiyaların nümayəndələri və ekspertlərlə bir sıra görüşlər keçirib.
Gələcək günlərdə yayımlanacaq video və yazılı reportajların mövzusu Qarabağ nizamlanması məsələləri, regiondakı vəziyyət olacaq.
Bu materiallar “Turan” Agentliyinin saytında və Contact saytında dərc ediləcək.
“Turan” Agentliyi jurnalistlərdən redaktorun səfərinin məqsədi və mahiyyəti barədə bu informasiyadan istifadə etməyi xahiş edir.
“İsrarla bu səfərin məqsədləri haqqında məlumatı təhrif etməməyinizi və məlumat əlavə etməməyinizi xahiş edirik”,- Agentlik bəyan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
753 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...