Övladlığa uşaq götürmək istəyənlərin yaşına baxılacaq

Övladlığa uşaq götürmək istəyənlərin yaşına baxılacaq

Övladlığa uşaq götürmək istəyən şəxslərin yaş məsələsində də dünya təcrübəsi nəzərə alınacaq və əvvəlki yaş tələbinə yenidən baxılacaq. Modern.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əlilliyi olan şəxslərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayev bildirib.

S.Qocayev qeyd edib ki, burada əksər dünya ölkələrinin, Avropanın, Türkiyənin təcrübəsi öyrənilib:

"Belə ki, minimal və maksimal yaş həddi var. Yaş limiti evli və tək olan şəxslər üçün fərqlidir. Eyni zamanda, övladlığa uşaq götürmək istəyənlə uşağın yaşı arasındakı fərqdə də tələb var. Hazırda bu tələblər üzərində iş aparılır. Bu məsələdə beynəlxalq təcrübə ilə Azərbaycan reallıqlarını nəzərə alacağıq. Biz tək ana və atanın maddi imkanlarını, sosial vəziyyətini deyil, həmin ailədə yaşayan digər şəxslərin xəstəliklərini, əvvəllər məhkum olub-olmadığını da nəzərə alacağıq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
628 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...