Bakcell və Hesab.az avtomatik ödəniş funksiyasını təqdim edib

Bakcell və Hesab.az avtomatik ödəniş funksiyasını təqdim edib

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti ölkənin ən böyük onlayn ödəmə portalı olan “Hesab.az”ilə birlikdə avtomatik ödəniş funksiyasını təqdim edib.

Bu yeni xidmət sayəsində Bakcell abunəçiləri həm özlərinin, həm də yaxınları və ailə üzvlərinin mobil nömrələrin balansına daha rahat şəkildə nəzarət edə biləcəklər. Belə ki, nömrənin balansında olan məbləğ təyin olunmuş həddə qədər azalan kimi (2 AZN, 5 AZN, 10 AZN və yaxud 20 AZN) müvafiq məbləğ həmin nömrəyə avtomatik qaydada yükləniləcək. Bu funksiyadan istifadə edən abunəçilərin nömrələrinin balansındakı məbləğ heç vaxt tükənməyəcək.
Tamamilə pulsuz təqdim olunan bu xidmətdən istifadə etmək üçün abunəçilər hesab.az portalında qeydiyyatdan keçərək, bank kartının məlumatlarını daxil etməli və avtomatik ödəniş növü kimi “Bakcell Top-Up” funksiyasını seçməlidirlər. Qeyd edək ki avtomatik ödəniş üçün 3 AZN, 5 AZN, 10 AZN, 20 AZN və ya 50 AZN məbləğ təyin oluna bilər.

Xidmətə qoşulan kimi istifadəçilərə 300 MB həcmində pulsuz internet trafiki HƏDİYYƏ ediləcək. İlk avtomatik ödənişdən sonra pulsuz internet trafiki nömrənin balansına yükənilərək 3 gün ərzində istifadə oluna bilər.
Yeni xidmət barədə ətraflı məlumat https://www.bakcell.com/az/automatic-top-up səhifəsində təqdim olunub.
Azərbaycanın ən müştəri yönümlü və innovativ telekommunikasiya xidmətləri təchizatçısı olan Bakcell öz abunəçilərini rəqəmsal müştəri təcrübəsi ilə yanaşı ən yeni məhsul və xidmətlərlə təmin edir. Şirkət bunun üçün zəruri olan ən sürətli və yüksək keyfiyyətli mobil rabitə şəbəkəsi qurmağa nail olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
773 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...