Evində şir saxlayan məşhur bakılı qadın vəfat edib

Evində şir saxlayan məşhur bakılı qadın vəfat edib

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Kazım Abdullayevin həyat yoldaşı Nina Abdullayeva dünyasını dəyişib.

Teatrdan APA-ya verilən məlumata görə, Nina Abdullayeva uzun sürən xəstəlikdən sonra iyulun 12-də vəfat edib.

Nina Abdullayeva (Berberova) “Şir evdən getdi”, “İtalyanların Rusiyadakı qeyri-adi sərgüzəştləri”, “Oğlan, qız və şir”və s. filmlərdə çəkilən “Kinq” adlı şirin sahibi olub.

80-ci illərdə evlərində şir saxlayan Berberovlar ailəsi təkcə Bakıda deyil, bütün SSRİ-də məşhur olub. Ailə haqqında bir neçə sənədli film də çəkilib.
Evində şir saxlayan məşhur bakılı qadın vəfat edib

Bakı zooparkından Nina Berberovanın qızı Yeva Berberovanın istəyi ilə evə gətirilən heyvan böyüdükdən sonra təhlükə törətmədiyi üçün tezliklə kinolarda da yer almağa başlayır.

“İtalyanların qeyri-adi sərgüzəştləri” filminin çəkilişləri zamanı tələbə Valentin Markova hücum etdiyi üçün milislər güllə ilə “Kinqi” öldürürlər. Filmin xaricdəki prokatından sonra Kinq dünya şöhrəti qazanır.

Uşaqlarının istəyi ilə Nina Berberova ailəyə ikinci şir balasını gətirir və ona “Kinq II” adı verir. 1978-ci ildə həyat yoldaşını itirən Nina Berberova iki il sonra növbəti faciə ilə üzləşir. 1980-ci il noyabrın 24-də “Kinq II” Nina Berberovaya ağır xəsarətlər yetirir, oğlu 14 yaşlı Romanı isə parçalayıb öldürür. Başından aldığı xəsarətlərdən Nina Berberova uzun illər xəstə yatıb. Bir müddət sonra dostu, aktyor Kazım Abdullayevlə ailə həyatı quran Nina Berberova iki övlad dünyaya gətirib.

Aldığı xəsarətlərə görə 1980-ci ildən ömrünün axırına qədər həkim nəzarətində olub.


Mərhumla vida mərasimi bu gün 14:00-da T. Əliyarbəyov küçəsi, ev 27-də keçiriləcək. Nina Abdullayeva “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
930 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...