Azərbaycanda rəsmi işsizlərin sayı azalıb

Azərbaycanda rəsmi işsizlərin sayı azalıb

Ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycanda bu il rəsmi işsiz statusuna malik olanların sayında azalma müşahidə olunur. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev "Gənclərin məşğulluğunun təşviqi üzrə aktiv əmək bazarı siyasətləri" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bu ilin iyunun 1-ə olan məlumata əsasən, iqtisadi fəal əhalinin sayı 5,1 milyon nəfər olub ki, onlardan 4,9 milyon nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olanlartəşkil edib. M.Musayev bildirib ki, iyunun 1-ə olan məlumata əsasən, məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 36,7 min nəfər olub. Onların 36,7 faizini qadınlar təşkil edib.

İşsizlik müavinətinin və işsizlikdən sığorta ödənişinin məbləği 347,4 manatdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
949 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...