"Həkimə getməyə yol pulum da yox idi" - Xərçəngdən əziyyət çəkən Zümrüd

"Həkimə getməyə yol pulum da yox idi" -

Aktrisa Zümrüd Qasımova Nail Naiboğlunun "Stop" layihəsinin qonağı olub.

Gundeminfo.az axşam.az-a istinadən bildirir ki, xərçəngdənn əziyyət çəkən aktrisa xəstəliyindən danışıb. O bildirib ki, bəzi dostları onu ağır günündə tək qoyub:

"Anama dedim ki, heç bir qohuma xəstəliyimi demə, olmaz. Həkimə getməyə yol pulum belə yox idi. Bir rəfiqəmə zəng etdim ki, məni apar həkimə. Dedi, benzinim də, pulum da yoxdur. 5 manatlıq benzin tök aparım. Amma bilirdim ki, onun evində 5 min pul var. O, mənə qıymadı".

Z.Qasımova saçlarını keçəl qırxdırmasından da söz açıb:

"Türkiyədə idim, əməliyyat oldum. Rəfiqəmə dedim ki, gedək saçlarımı kəsək. Gedib qısa kəsdirdim. Bakıya qayıtdıq. İlk kimyaterapiyadan sonra başladı saçlarım tökülməyə. Yoldaşımla maşında oturmuşduq əlimi atdım ki, saçlarım tökülür. Dəhşətli bir haldır, düşmənimə belə onu yaşamağı arzulamıram. Evə gəldim, anam qırxdı saçlarımı".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
865 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...