“Real" prezidenti:“Zidanın istəyini öyrənəndə şoka düşdüm”

“Real" prezidenti:“Zidanın istəyini öyrənəndə şoka düşdüm”

Madrid "Real”ının prezidenti Florentino Peres Zinəddin Zidanın klubun baş məşqçisi vəzifəsindən getməsini şərh edib.

Sfera.az xəbər verir ki, Peres qərardan şoka düşdüyünü bildirib:

"Çempionlar Liqasında qələbədən sonra hadisələrin belə inkişaf edəcəyini gözləmirdim. Onun istəyini öyrənəndə şokda idim, lakin qərarından çəkindirmək alınmadı. O, bilir ki, mən onu oyunçuların hər hansı birindən çox istəyirəm. Həmişə istəyirdim ki, o, bizim komandada olsun”.

"Kral klub"un prezidenti Zinəddin Zidana öz minnətdarlığını bildirib:

"Zinəddinə sədaqətinə, sevgisinə və "Real” üçün etdiyi hər şeyə görə təşəkkür etmək istəyirəm. Ona fasilə lazımdırsa, şübhəsiz ki, o, buna layiqdir”.

Xatırladaq ki, Zinəddin Zidan bu gün keçirdiyi mətbuat konfransında "Real”dan getdiyini açıqlamışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
792 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...