Novella Cəfəroğlunun ürəyində problem yarandı

Novella Cəfəroğlunun ürəyində problem yarandı

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Novella Cəfəroğlunun ürəyində problem yaranıb.

N.Cəfəroğlu report-a açıqlamasında deyib ki, İsraildə olarkən həkimi müayinəsindən keçib.

Hüquq müdafiəçisi bildirib ki, həkimlər ürəyində problem olduğunu deyiblər: "Azərbaycana qayıtdım, özəl klinikaların birində ürəyimi anju etdirdim. Həkim ürəyimə stent qoyulmasına ehtiyac olmadığını dedi. Hazırda müalicəmi davam etdirirəm. Altı il bundan öncə də ürəyimi anju etdirmişdim. Hazırda özümü yaxşı hiss edirəm, səhhətimdə irəliləyiş var".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
878 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...