ATV”, “Xəzər” və “ARB TV”dən birgə qərar - "Nestle” və "L’Oreal”ın reklamı dayandırıldı

ATV”, “Xəzər” və “ARB TV”dən birgə qərar -

Üç Azərbaycan telekanalı iki xarici brend reklamını dayandırıb. Gundeminfo.az azxeber-ə istinadən xəbər verir ki, "ATV”, "Xəzər TV” və "ARB TV” adından birgə açıqlama verilib.

Televiziya reklam bazarının strateji inkişafı, optimallaşdırılması, sabitləşdirilməsi və təkmilləşdirilməsi baxımından ATV, Xəzər və ARB telekanallarının birgə fəaliyyəti çərçivəsində əldə edilən növbəti ümumi razılığa əsasən, "Nestle” və "L’Oreal” brendlərinə daxil olan məhsulların reklamları 21 aprel tarixindən etibarən dayandırılır.

Birgə qərarın səbəbi - "ZenithOptimedia” reklam agentliyinin bu telekanallarının hər birində yayımlanmış reklamların ödənişini uzun müddət əsassız olaraq gecikdirməsidir. Məsələ öz həllini tapana qədər qeyd edilən məhsulların reklamları bu üç yayımçının tele- və radio kanallarında dayandırılır. Bildirmək istəyirik ki, "Nestle” və "L’Oreal” brendlərinin ölkə televiziyalarında reklamları "ZenithOptimedia” reklam agentliyi vasitəsi ilə yerləşdirilir.

Məsələni ATV və ARB Teleradio Şirkətlərinin Mərkəzləşdirilmiş Marketinq Departamentinin Direktoru İsmayıl Həsənov da təsdiqləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
940 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...