Səbayel rayonunda iftar süfrəsi - FOTOLAR
Səbail rayonunun müxtəlif yaşayış sahələrində İslam dünyasının ən şəfqətli və müqəddəs ayı olan Ramazan ayında iftar süfrələrinin təşkili ənənəvi hal almışdır. Ay ərzində rayonun qəsəbələri və yaşayış sahələrində bir sıra iftar süfrələri təşkil olunmuş, imkansızlara dayaq olunaraq onlarla birgə süfrə arxasında bayram sevinci yaşanmışdır.
GUNDEMİNFO.AZ xəbər verir ki, növbəti belə bir tədbir rayonun 20-ci yaşayış sahəsindəki «Bakı gecələri» şadlıq sarayında rayon rəhbərliyi və ictimaiyyətinin, YAP Səbail rayon təşkilatının idarə heyəti və fəallarının, bələdiyyələrin, rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələrinin, Bayıl-20-ci yaşayış sahəsində yaşayan müharibəsi veteranları, şəhid ailələri, ərazidə məskunlaşmış məsburi köçkünlərin – ümumilikdə 400 nəfərin iştirakı ilə keçirilmişdir.
İftar mərasimi rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri tərəfindən Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlamışdır. İçəri şəhər «Cümə» məscidinin dini icmasının sədri, axund hacı Surxay Məmmədli, «Bibiheybət Ziyarətgah məscidi» dini icmasının sədri, qazi hacı Rahib Babayev və İçəri şəhər «Həzrət Məhəmməd məscidi» dini icmasının sədri hacı Xanmirzə Bağırov müqəddəs kitabımız olan «Qurani Kərim»in bizə nazil olduğu bu ayın fəzilətindən danışmış, süfrə açılmasında əməyi olan hər bir şəxsə öz minnətdarlıqlarını çatdrmışlar.
Mərasimdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov mübarək Ramazan ayı münasibəti ilə iftar mərasimində iştirak edənləri salamlayaraq qeyd etdi ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Buna görə də Azərbaycanda və eləcə də Səbail rayonunda açılan bu iftar süfrələri ölkəmizdə ənənəvi tolerantlığı nümayiş etdirir. Asif Əsgərov ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də uğurla davam etdirdiyini vurğulamış, ölkə başçısının apardığı siyasət nəticəsində Azərbaycanda toleyrantlıq ənənələri daha da möhkəmlənməsindən, bir çox məscid və dini ibadət yerləri əsaslı təmir olunmasından və yenilərinin, o cümlədən Səbail rayonunda Bibiheybət məscidinin, həmçinin Qafqazda ən böyük məscid olan Heydər Məscidinin tikintisindən danışmışdır.
Tədbirdə Ramazan ayının sonuna kimi iftar süfrələrinin Səbail rayonunun müxtəlif yerlərində o, cümlədən gündəlik olaraq İçəri şəhər «Cümə» və Bibiheybət məscidlərində də keçiriləcəyi bildirilmişdir. Milli Məclisin Komitə sədri, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev də iftar süfrəsində iştirak etmişdir.
1413 dəfə oxundu