Keçmiş sevgilini geri istəyirsən? – TÖVSİYƏ

Keçmiş sevgilini geri istəyirsən? –


Keçmiş sevgilinizi hələ də sevirsiniz, ancaq bir problem var ki, ayrılmısınız. Yeni bir münasibət də qurmaq istəmirsiniz. Bəs indi necə olacaq?

Keçmiş sevgilinizi geri qaytarmaq istəyirsinizsə, Aile.lent.az-ın bu tövsiyələrinə əməl edin. İlk əvvəl baxımınıza əvvəlkindən daha çox vaxt ayırın. Sizi görəndə nələr itirdiyini başa düşməlidir. Geyimdən makiyaja kimi hərtərəfli yenidən baxıma vaxt ayırın. Bağışlamağı öyrənin. Onu geri qazanmaq üçün ikinci addım bağışlamaqdır. Bağışlamasanız, yenidən bir araya gələ bilmərsiz. Onu bağışladığınızı ona bildirin, aradakı buzları əridin.

“Onu qısqandırsam, mənə geri qayıdacaq” düşünürsünüzsə, yanılırsınız. Bəlkə də qayıdacaq, amma qısa müddətlik. Bundansa ətrafınızda onun tanımadığı oğlan dostlarınız olsun. Ancaq sevgili olmayın. Realda sizi dostunuzla görməsinə çalışın.
Dəyişin. Münasibətin niyə bitdiyini, sizin hansı günahlarınızın olduğunu götür qoy etdikdən sonra səhvlərinizə doğru yönəlin. Təkidçi biri olmayın, siz də onun hər mesajına anında cavab yazmayın, ondan da bunu gözləməyin.

Ünsiyyətə keçin. Hələ də söhbət etməmisinizsə, ilk addımı atmağın zamanı gəldi deməli. Həm fiziki, həm də ruhən dəyişin. Daha əvvəl etmədiyiniz tərzdə makiyaj edib geyinin. Yenidən görüşsəniz, görüşü çox uzatmayın və ən əsası gecəni birlikdə keçirməyin.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1310 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...