“Reuters”in saytında Avropa Oyunları ilə bağlı məqalə
Nüfuzlu “Reuters” informasiya agentliyi Bakı-2015 Birinci Avropa Oyunlarını ilə bağlı yazı dərc edib.
APA-nın məlumatına görə, agentliyin saytında dərc olunmuş məqalədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimova istinadən açılış mərasiminin uğurunun Azərbaycanın Avropa və dünya xəritəsindəki mövqeyini daha da möhkəmləndirəcəyi ilə bağlı fikrinə istinad edilib.
“İlk Avropa Oyunları idman tarixinə düşəcək. Mən Azərbaycanın qazandığı uğurlardan və onun müsbət nəticələrindən qürur duyuram. Bu tədbir Azərbaycan üçün uğurlu oldu və ölkəmizi gələcəkdə keçiriləcək idman tədbirləri üçün meydana çevirdi,” - deyə A. Rəhimov söyləyib.
Müəllif Azərbaycanın gələn il “Formula-1” yarışlarına, 42-ci Şahmat Olimpiadasına və 17 yaşa kimi futbolçuların Avropa çempionatına, daha sonra “Avro-2020”nin bəzi oyunlarına ev sahibliyi edəcəyini xatırladıb.
Məqalədə birinci Avropa Oyunlarının medal cədvəli barədə də məlumat verilir və Rusiyanın 69 qızıl medalla cədvələ dominantlıq etdiyi, Azərbaycanın isə 18 qızıl medalla ikinci sırada olduğu qeyd edilir.
Bakı-2015 Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin sözlərindən sitat gətirilərək Azərbaycan yığmasının uğurunun bütün cəmiyyətə müsbət təsir etdiyi bildirilir.
1372 dəfə oxundu