Vahid Əhmədova ağır itki üz verdi

Vahid Əhmədova ağır itki üz verdi

Milli Məclisin üzvü Vahid Əhmədova ağır itki üz verib. Millət vəkilinin anası bu gün 101 yaşında dünyasını dəyişib.

Bu barədə Publika.az-a deputatın özü məlumat verib: “Bu gün Qazaxa, deputat həmkarım Əhməd Vəliyevin anasının hüzr mərasimində iştirak etməyə getmişdim. Burda eşitdim ki, anam dünyasını dəyişib. İndi Qazaxdan Qubaya qayıdıram”. Millət vəkili bildirib ki, dəfn mərasimi sabah keçiriləcək və mərhumə Qonaqkənd kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, deputatın anası bir müddət idi, xəstəlikdən əziyyət çəkirdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1311 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...