5 yaşlı Zəhraya kömək lazımdır Ramazan ayında bir az da mərhəmətli olaq

5 yaşlı Zəhraya kömək lazımdır

5 yaşlı Zəhra həyatda qala bilmək üçün təcili xaricdə əməliyyat olunmalıdır. “Qafqazinfo”ya daxil olan məlumata görə, 2012-cü ildə Süleymanova Zəhra Aqil qızı hələ 1 yaş 10 aylıq olarkən onda kəskin limfoblastik leykoz (qan xərçəngi) xəstəliyi aşkarlanıb.

Bu zaman ailə və yaxınları özlərinin topladığı vəsaitlə Belorusiyanın Minsk şəhərində uşağı müalicə etdirib. Körpə 1 illik intensiv müalicədən sonra ölkəyə qayıdıb. Burada Uşaq Onoloji Mərkəzində onun müalicəsi davam etdirilib və 2 il 6 aylıq ağır müalicədən sonra Zəhra sağalıb. Lakin, ailənin bu sevinci cəmi 8 ay çəkib. Təxminən 8 aydan sonra xəstəlik geri qayıdıb. Artıq Zəhranın bədəni müalicəyə cavab vermir. Bunun üçün isə ailəyə 150-200 min dollar lazımdır. Zəhranın anası yalnız qadın olduğunundan uşağın müalicəsi, əməliyyatı, həyatda qalması üçün xeyirxah insanların yardımlarına ehtiyaclıdır.

Zəhranın anası hər bir kəsə müraciət edərək övladının həyatda qalması, dəstək olmaları üçün yardım etmələrini istəyir. Çünki, tez bir zamanda bu məbləğin heç olmasa yarısı təcili şəkildə toplanmasa Zəhranın yaşamı sual altında ola bilər. Zəhranın həyatda qalmasına yardım etmək üçün “Azərbaycan Beynəlxalq Bankı” və “Kapital Bank”da hesablar açılıb.

Əlaqə telefonları: 055 713 74 05; 050 378 78 18
5 yaşlı Zəhraya kömək lazımdır
5 yaşlı Zəhraya kömək lazımdır
5 yaşlı Zəhraya kömək lazımdır


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2135 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...