Əmlak dələduzluğu “ASAN Xidmət”i gözdən salır

Əmlak dələduzluğu “ASAN Xidmət”i gözdən salır
İqtisadiyyat Nazirliyi yanında dövlət xidməti dövlətin qanununu tanımır
“Veteranlar haqqında” qanun dövlət rüsumundan azadolmaya hüquq
vermir?
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX)
“Veteranlar haqqında” qanunu Tarif Şurasının qərarından aşağıda
tutmasından, Konstitusiyanın 73-cü maddəsinə zidd olaraq qanunda
nəzərdə tutulmayan haqq tələb edib vətəndaşların əmlak hüquqlarına
kobud qadağa qoymasından media bilgi yayımlayıb. Konstitusion hüquqa
kobud qadağaya baxın, qanun müharibə veteranlarının istifadələrində olan
dövlət bağlarının və bağçılıq sahələrinin ƏVƏZSİZ olaraq onların ŞƏXSİ
MÜLKİYYƏTİNƏ verilməsini doğrulayır, əmlak dəllaları bu ƏVƏZSİZ
hüququn haqqını Tarif Şurasının qərarı ilə ƏVƏZLƏYİRLƏR. Özbaşınalıq
təfsirindən hələ də ƏMDX, DƏDKR ( Daşınmaz Əmlakın Dövlət Kadastr və
Reyestr publik hüquqi şəxsi) əl çəkmir, “dedığım dedik, çaldığım düdük”
prinsipi ilə 5 saylı “ASAN Xidmət” mərkəzində 3 aydır hazır olan sənədin
verilməsinə görə 125 manat dövlət rüsumu və 118.48 manat Tarif
Şurasının bəlirlədiyi xidmət haqqı tələb edirlər.
Bəs ali dövlət hakimiyyəti orqanları, bağlantılı dövlət qurumları, hüquq
orqanları, “ASAN Xidmət”in özü nə deyir? Hamısı İqtisadiyyat Nazirliyinin
rəhbərliyinə göndərir, sonda yenə DƏDKR-in nağıl-təfsiri qüvvəyə minir.
“ASAN Xidmət”dənsə ƏMDX-ya göndərilən və cavab tələb edilən sorğuya
bu yol DƏDKR-in rəis müavini Elvin Məmmədov əndrabadi cavab verib.
Digər müavin Elşad Məmmədovun şəxsi mülkiyyətin hüquqların dövlət
qeydiyyatına alınması anlamına gəlmədiyi haqqında təfsirinə Elvin
Məmmədov “ Veteranlar haqqında qanunun 11-ci maddəsinin verdiyi
ƏVƏZSİZ hüququn dövlət rüsumundan azadolmada nəzərdə
tutulmadığını əlavə edib. “Cib təfsiri”nin müəllifi Kamil Abbaslı olsa
da, imzalayanlar Elşad Məmmədov və Elvin Məmmədov olduqlarından
“yeni təfsir -əqli mülkiyyət” hüququnun həmmüəllifləri sayılırlar.
Dəhşətdir, bu yekəlikdə İqtisadiyyat Nazirliyi, yanındakı qurumlar
Konstitusiyanı , qanunu “cib təfsiri” ilə tamahlarına qurban verirlər.
Qarabağ qaziləri mülkiyyət hüquqlarının qeydiyyat sənədini 5 saylı “ASAN
Xidmət” mərkəzindən tələb edirlər, nədən bu mərkəz öncədən heç bir
ödəniş, haqq almadan sənədi hazır olanda götürməyi bildirib. İndi isə 2
aydır hazır sənədə görə qanunda nəzərdə tutulmayan 243 manatlıq “TARİF
HAQQI” tələb edilir. Bunun özü də korrupsiya faktını ortaya qoyur.
Rüsumun öncədən alınması qanunvericiliyin tələbidir, alınmayıbsa,
sonradan tələb olunan haqqın da qeydiyyatdan gizlədilməsi deməkdir. Bu
barədə 961 xidməti hər çağ olduğu kimi , 20 dəqiqə “onlayn növbədə
gözlədib, sonra-sonraya saxlasa” da, 161 xidmətinə bilgi verilib.
Görək, prokurorluq korrupsiyaya qarşı mübarizəyə öz töhfəsini verəcəkmi?
İnzibati qaydada kimin qiymət verəcəyi hələ də bilinmir.
“ASAN Xidmət”in şəffaf işinə əmlak dəllallarının kölgə salması ağrıdıcıdır.
Azərbaycanın “şəffaflıq brendi” kimi təqdim olunan xidmət artıq gözdən
salınıb. “Gözdənsalma xidməti”nin məcburiliyi də mübahisə predmetidir.
Niyə “ASAN Xidmət” özünün təmiz adının ləkələnməsinə göz yumur, 5 saylı
“ASAN Xidmət” mərkəzinə göstəriş verməkdənsə, ƏMDX-ya müraciət edir?
Axı hazır sənəd 5 saylı “ ASAN Xidmət” mərkəzindədir, verilməsi niyə
təmin olunmur? Qarabağ savaşı qaziləri 5 saylı “ASAN Xidmət” mərkəzinin
qarşısında “ DƏDKR-in rüşvət, korrupsiya xidmətinə son” şüarı ilə piket
keçirməklə problemi çözmək fikrindədirlər. Qarabağ Qazilərinin Müdafiə
Komitəsi BŞİH-ə 13.09.2024-cü ildə keçiriləcək aksiya barədə xəbərdarlıq
edib. DİN-dən isə təhlükəsizliyin təminatı istənilib.
Məğrur Bədəlsoy
TEREF


Əmlak dələduzluğu “ASAN Xidmət”i gözdən salır
Əmlak dələduzluğu “ASAN Xidmət”i gözdən salır



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
271 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...