Avropa Oyunları ilə bağlı internet təhlükəsizliyi üzrə fəaliyyət gücləndirilib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi internet xidmət provayderləri ilə internetin təhlükəsizliyi üzrə müvafiq iş aparıb, sponsor saytların monitorinqini həyata keçirib.
GUNDEMİNFO.AZ yazır ki, nazirlikdən azərtac-a verilən məlumata görə, ölkədə internet təhlükəsizliyi üzrə həyata keçirilən tədbirlər “Bakı-2015” birinci Avropa Oyunları ilə əlaqədar olaraq daha da genişləndirilib.
Qeyd olunub ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi 100-dən artıq dövlət saytının monitorinqini aparıb. Bir neçə internet saytının təhlükəsizliyi sahəsində boşluqlar aşkar edilərək aidiyyəti qurumlara məlumat göndərilib. “Delta Telekom LTD” MMM isə internet təhlükəsizliyinin təmin olunması üçün müxtəlif məkanlarda ehtiyatlılığı təmin edib, “DDOS” hücumlardan müdafiə üçün müvafiq avadanlıq quraşdırıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi öz növbəsində internet xidmət provayderləri ilə internetin təhlükəsizliyi üzrə müvafiq iş aparıb, sponsor saytların monitorinqini həyata keçirib.
1655 dəfə oxundu