Konstitusiya Məhkəməsi 13 adda qəzet və jurnal alacaq – Siyahı

Konstitusiya Məhkəməsi 13 adda qəzet və jurnal alacaq –
Konstitusiya Məhkəməsi tərəfindən 2025-ci ildə dərc olunacaq qəzet və jurnalların satın alınması ilə bağlı tender müsabiqəsi (Açıq tender) elan olunub.

Yeniavaz.com xəbər verir ki, fevral ayının 2-nə kimi davam edəcək müsabiqənin yekununda Konstitusiya Məhkəməsi 13 adda qəzet və jurnal alacaq.

Maraqlıdır ki, Konstitusiya Məhkəməsinin almaq istədiyi qəzet və jurnallar arasında Azərbaycan və Rusiya KİV-dən başqa heç bir ölkənin mətbu nəşri yoxdur.

Konstitusiya Məhkəməsinin satın almaq istədiyi nəşrlərin 9-u yerli KİV, 4-ü isə Rusiya KİV-dir.

Məlumat üçün onu da bildirək ki, Müdafiə Nazirliyinin də 2023-cü ildə satın alacağı qəzet və jurnallar arasında Azərbaycan və Rusiya KİV-dən başqa heç bir ölkənin mətbu nəşri olmayıb. Nazirliyin 2023-cü ildə satın almaq istədiyi nəşrlərin 14-ü yerli, 20-si isə Rusiya KİV-in məhsulları olub. Bu barədə ilk dəfə Yeniavaz.com məlumat yayıb. Bu məlumat yayıldıqdan sonra (növbəti ildə) Müdafiə Nazirliyi Rusiya qəzet və jurnallarını almaqdan imtina edib.


Konstitusiya Məhkəməsi 13 adda qəzet və jurnal alacaq –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
30 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...