Milli Qəhrəmanın anası reanimasiyaya yerləşdirildi - FOTO

Milli Qəhrəmanın anası reanimasiyaya yerləşdirildi -
Azərbaycanın Milli Qəhrəmanı Səfəralı Məmmədovun anası Şadəstə Məmmədova xəstəxanaya yerləşdirilib.

İqtisadiyyat.az xəbər verir ki, bir neçə gün əvvəl onun səhhətində problemlər yaranıb.

O, dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan İqtisadiyyat.az-a bildirilib ki, 1947-ci il təvəllüdlü Sərçüvar kənd sakini Məmmədova Şadəstə Majan qızı oktyabrın 25-də "dədiqləşdirilməmiş mədə-bağırsaq qanaxması" diaqnozu ilə Reanimasiya şöbəsinə yerləşdirilib:

"Göstərilən tibbi müdaxilələrdən sonra Şadəstə xanımın vəziyyəti yaxşıdır".

Qeyd edək ki, Səfəralı Məmmədov 1992-ci ilin fevralın 16-da Xocavənd rayonunun Qaradağlı kənd sakinlərini azğınlaşmış erməni dəstələrindən xilas edən zaman döyüşərək şəhid olub. S.Məmmədov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Masallı şəhərindəki küçələrdən birinə, cəsur döyüşçünün təhsil aldığı məktəbə onun adı verilib. Oxuduğu məktəbin həyətində büstü qoyulub, qəhrəmana həsr olunmuş “Qəhrəman polis” adlı sənədli film çəkilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
235 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...