Telefonunuzu həftədə 1 dəfə söndürüb yandırın - NSA-dan tövsiyə

Telefonunuzu həftədə 1 dəfə söndürüb yandırın -
ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (NSA) smartfon istifadəçilərinə ən azı həftədə bir dəfə cihazlarını yenidən işə salmağı tövsiyə edib.

Lent.az xəbər verir ki, agentlik telefonu söndürüb yandırmağın istifadəçinin qarşılıqlı əlaqəsi olmadan baş verən təhlükəli kiberhücumların qarşısını almağa kömək edə biləcəyini açıqlayıb.

2020-ci ildə nəşr olunan mobil cihaz təhlükəsizlik təlimatında həftəlik yenidən yükləmənin vacibliyi vurğulanır, həmçinin güclü parollardan istifadə, biometrik mühafizənin aktivləşdirilməsi və proqram təminatının mütəmadi olaraq yenilənməsi kimi əsas təhlükəsizlik tədbirləri tövsiyə olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
276 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...