Azərbaycanda bu TV-lərə lisensiyalar verildi
Oktyabrın 18-də Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib.
Bu barədə Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, iclasda audiovizual media fəaliyyəti üçün lisenziya verilməsi ilə bağlı bir sıra müraciətlərə baxılıb.
Audiovizual Şuranın müvafiq qərarları ilə ABC-Telecom MMC-ə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi (xidmət adı: Kontakt TV) lisenziyaları verilib. Bundan başqa, SƏS TV MMC-yə (televiziya redaksiyasının adı: Səs TV) və Biznes TV MMC-yə (televiziya redaksiyasının adı: Biznes TV) peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının verilməsi barədə müvafiq qərarlar qəbul olunub.
Yeni lisenziyaların verilməsindən sonra Azərbaycan Respublikasında audiovizual media subyektlərinin sayı 95-ə (135 lisenziya fəaliyyəti ilə) çatıb. Hazırda Audiovizual Şuradan lisenziya alaraq fəaliyyət göstərən 42 televiziya və 21 radio kanalı, 5 sifarişli yayım xidməti provayderi, 2 multipleks operatoru, 53 platforma operatoru mövcuddur.
264 dəfə oxundu