Jurnalistin anasının ölümünə görə niyə cinayət işi açılmadı? - RƏSMİ

Jurnalistin anasının ölümünə görə niyə cinayət işi açılmadı? -
Jurnalist Fərahim Qasımovun anasının ölümü ilə bağlı prokurorluqdakı araşdırma başa çatıb və cinayət işinin açılmasının rədd edilməsi barədə qərar çıxarılıb.

Gundeminfo.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, F.Qasımovun anası Bahar Qasımovanın ölümündə həkim səhlənkarlığı müəyyən edilməyib.

“1967-ci il təvəllüdlü Bahar Qasımovanın cari il martın 18-də paytaxtın Sabunçu rayonunda yerləşən “Stimul Hospital”da ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı izahatlar alınıb, müvafiq ekspertizalar təyin olunaraq rəylər əldə edilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Zərərçəkmiş şəxsin barəsində məhkəmə-tibbi və tibb işçilərinin peşə fəaliyyətinə dair keçirilən məhkəmə-tibbi ekspertizalarının rəyinə və digər sübutlara əsasən Bahar Qasımovaya qoyulmuş diaqnozlar, həmin diaqnozlara uyğun təyin edilmiş, aparılmış müayinə və müalicələr səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun həyata keçirilib, ona yeridilən dərman preparatlarının dozaları isə optimal olub.

Bahar Qasımovanın ölümündə tibb işçiləri tərəfindən səhlənkarlığa yol verilməsi təsdiq olunmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunub”, - açıqlamada vurğulanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
418 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...