Hava kəskin dəyişir: Temperatur 5-10 dərəcə enəcək - XƏBƏRDARLIQ!

Hava kəskin dəyişir: Temperatur 5-10 dərəcə enəcək -
Oktyabr ayının ilk on günlüyündə olmağımıza rəğmən hava çox isti keçir. Son iki gündür 26 dərəcə olan temperatur sabahkı hava proqnozuna əsasən 30 dərəcəyə yüksələcək. Bəs payız fəslində belə istinin müşahidə olunması normaldır?

Meteoroloq Cavid Hüseynov bu barədə “Yeni Sabah”a açıqlama verib:

“Ölkəmizdə payız fəsli 22 sentyabrdan 21 dekabradək davam edir. Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsir və Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız fəsli başlayır. Şimal-qərb istiqamətindən ölkəmizə daxil olan soyuq hava kütlələrinin təsiri nəticəsində həftə sonundan etibarən Bakıda və respublikamızın digər rayonlarında havanın temperaturları əvvəlki günlərlə müqayisədə 5-10°C aşağı enəcək, bir neçə gün fasilələrlə yağıntı müşahidə ediləcək”. vakansiyalar

Ekspert yağışlı havanın ən çox Cənub zonasını əhatə edəcəyini də vurğulayıb:

“Noyabr ayında havanın temperaturunda intensiv enmə davam edəcək, minimum temperatur Kiçik və Böyük Qafqazın yüksək dağlıq zonalarında qeydə alınacaq. Payız yağıntıları ən çox Astara və Lənkəran rayonlarında müşahidə edilir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
260 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...