“Onun-bunun ərindən özünə “ər, ailə” düzəldib...” – Gülər Əhmədovadan sərt sözlər

“Onun-bunun ərindən özünə “ər, ailə” düzəldib...” –
“Müəllimi qapazaltı etdiniz, arvadları evdən qaçan kişiləri el-oba arasında gülünc edib hörmətdən saldınız, qaynanalar ana kimi yox, dana kimi müamilə gördü, əl çaldınız. Bir sözlə, ayaqlar oldu baş, başlar oldu ayaq”.

“Yeni Sabah” xəbər verir ki, bunu keçmiş millət vəkili Gülər Əhmədova sosial şəbəkədə yazıb.

Məktəbli qızların təhqiramiz videolarına sərt reaksiya verən Əhmədova fikirlərini belə davam etdirib:

“Boşanmayan gəlin qalmadı, hamısına bir ödənməyən emosional ehtiyac tapıb, ərindən ayırdınız. İndi şok keçirirsiniz? Əhməd belə vurdu, qızlar başlarda yumurta sındırır.

Bəyənmədiniz?

Bu, hələ jurnaldır. Kino qabaqdadır.

Bir donor kişidən onlarla qadını "ana" edib, cəmiyyətə insest yaymağın bədəli olacaqdır.

Fahişələri təbliğ edən cəmiyyətin görəcəyi budur.

Onun, bunun ərindən özünə " ər, ailə" düzəldib efirdən ailə, sevgi haqqında xalqa dərs keçən narkoman, pozğun, qadın və kişilərə fanatlıq edəndə belə olmalı idi.

Üzrlü sayın, biz gedərik, siz gələcəkdə çox şey görəcəksiniz.

Qocalar evlərinin, yetimxanaların, qadın narkotik reabilitasiya mərkəzlərinin sayını indidən çoxaldın. Bu gün 30-40 yaşlarında olan nəslə lazım olacaqdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
253 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...