Tacikistanda 13 min müsəlman kişinin saqqalını qırxdılar

 Tacikistanda 13 min müsəlman kişinin saqqalını qırxdılar


Tacikistanda Orta Asiya ölkələrindən gələn "radikal islam"la mübarizə" iddiası ilə kütləvi saqqal qırxma əməliyyatı başlayıb. Dövlət agentliyinin məlumatına görə, son həftələr ərzində “ölkəni yad təsirlərdən qorumaq tədbirləri” çərçivəsində polis 13 min kişinin saqqalını qırxıb. Avropa.info xəbər verir ki, kütləvi saqqal taraşına saqqalalrı çox uzun yaxud köhnə modalı olması əsas gətirilib.

Bundan əlavə, polis 1700 qadını hicabını çıxarmağa nail olub. Hicab satan 169 mağaza da bağladılıb. Tacikistan parlamenti keçən il doğulan uşaqlara ərəbcə adların verilməsini qadağan etmişdi. Əhalisinin əksəriyyəti müsəlman olan bu ölkədə tək islamçı partiya sayılan “İslami dirçəliş” partiyası da qapadılmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1046 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...