Siqareti tərgitdikdən sonra orqanizmdə nə baş verir?

Siqareti tərgitdikdən sonra orqanizmdə nə baş verir?
Siqaret çəkmək insan orqanizminin fəaliyyətini poza və bir çox xəstəliklərə səbəb ola bilər.

Siqaret çəkənlərdə ciddi xəstəliklərin, xüsusilə xərçəng və ürək-damar xəstəliklərinin inkişaf riski daha yüksəkdir.

Bu səbəblərdən hər gün minlərlə insan siqareti tərgitməyə qərar verir. Siqareti tərgitmək istəyən insanların ən çox maraqlandığı şeylərdən biri də siqareti buraxdıqdan sonra bədəndə baş verən dəyişikliklərdir.

Siqareti tərgitdikdən sonra orqanizmdə hansı dəyişikliklər baş verir?

"Cebhe.info" siqareti tərgitmiş insanların orqanizmində baş verəcək dəyişiklikləri təqdim edir:

*20 dəqiqədən sonra təzyiq və nəbz normallaşır, qan dövranı yaxşılaşır. 2 saatdan sonra nikotin orqanizmi tərk etməyə başlayır.

*6 saatdan sonra nəbz və təzyiq azalmağa başlayır. 8 saatdan sonra qanda oksigen səviyyəsi normallaşır və infarkt riski azalır.

*24 saatdan sonra orqanizm təmizlənir. 2 gündən sonra dad və qoxu hissləri artır.

*72 saatdan sonra nəfəsalma rahatlaşır, tənəffüs yolları fəaliyyətə başladıqda ifrazatın miqdarı artır və tənəffüs yolları təmizlənməyə çalışır.

*15 gündən sonra ağciyərlər iş qabiliyyətini artırır və sağlam işləmə qaydasına qayıdır. 2-12 həftədən sonra orqanizmdə qan dövranı yaxşılaşır, gəzinti zamanı yorğunluq və tıxanma daha az baş verir.

*3-9 aydan sonra tənəffüs problemləri yaxşılaşır və ağciyər funksiyaları 5-10 faiz artır.

*12 aydan sonra koronar ürək xəstəliyi riski yarıbayarı azalır. 12-36 aydan sonra sidik kisəsi xərçəngi riski 50% azalır.

*5 ildən sonra infarkt keçirmə riski 50% azalır.

*10-15 ildən sonra infarkt keçirmə riski heç vaxt siqaret çəkməyənlə eyni səviyyəyə enir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
638 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...