Pediatr: “Mədəkiçiltmə əməliyyatı etdirmək intihar etmək kimidir”

Pediatr: “Mədəkiçiltmə əməliyyatı etdirmək intihar etmək kimidir”
“Xanımlar, dəyərinizi bilin. Yeyib-içib, kökəlib sonra da bıçağı verirsiz cərraha ki, “Al, mənim mədəmi kəs tulla, bu da üstündə neçə min pul”.

Bu fikirləri pediatr Aytən İsmayılzadə öz sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, mədəkiçiltmə əməliyyatı etdirmək intihar etmək kimidir: “Pulu veririk ki, mədəmizi kəsdirib özümüzü yarımcan edək. Öz kefimizdən sağlamlığa cavabdeh olan bir yerimizi kəsirik”.

Pediatr hesab edir ki, problem mədənin böyük olmasında deyil:

"Problem bizim zehnimizdədir. Hər nədən ötrü, əsəbdən, zövqdən və s ötrü yemək... O zehinlə ki, özümüzü kiçik görürük. Heç bircə hüceyrə yarada bilmədiyimiz halda o boyda vacib orqanı hissə-hissə edib atırıq zibilə”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
424 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...