“Telegram”dan audio və videomesajla bağlı möhtəşəm yenilik - VİDEO

“Telegram”dan audio və videomesajla bağlı möhtəşəm yenilik -
“Telegram” mesencerində maraqlı funksiya işə salınıb. Yenilik audio və videoismarışlarla bağlıdır.

Belə ki, artıq istifadəçilər ilk dinləmədən dərhal sonra silinəcək səsli mesajlar göndərə bilərlər.

Bunun üçün audiomesaj yazarkən üzərində “1” rəqəmi olan düymə seçilir, nəticədə alıcı onu yalnız bir dəfə dinləyə biləcək.

Bənzər funksiya videomesajları yazarkən də işləyir.
Bundan əlavə, mesencer istifadəçiləri artıq audio və videomesajların yazılmasına fasilə vermək və sonra onu davam etdirmək imkanı əldə ediblər.

Funksiya tətbiqin yenilənmiş versiyasında mövcuddur.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
283 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...