Azərbaycanda kitabxanaların sayı azalıb, kitabxanaçılar isə artıb

Azərbaycanda kitabxanaların sayı azalıb,
Son beş ildə Azərbaycanda kitabxanaların sayı azalıb.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Komitənin məlumatına görə, 2018-ci ildə ölkədə 2 942 kütləvi kitabxana mövcud idisə, 2021-ci ildə 2 915, 2022-ci ildə isə kitabxanaların sayı 2 913 olub.

Həmçinin, ölkədə uşaq kitabxanalarının sayında da azalma qeydə alınıb. 2018-ci ildə uşaqlar üçün 89 kitabxana fəaliyyət göstərirdisə, 2022-ci ildə müəssisələrin sayı 87-yə enib.

Kitabxanalarla yanaşı, kitabxana fondu da azalıb. Amma maraqlıdır ki, son beş ildə kitabxana işçilərinin sayında artım olub. Belə ki, 2018-ci ildə 8 025 kitabxana işçisi vardısa, 2022-ci ildə işçilərin sayı 8 152 nəfərə çatdırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
463 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...