Subay qızlar evli kişilərə niyə MEYL EDİR? – Psixoloqdan QALMAQALLI AÇIQLAMA

Subay qızlar evli kişilərə niyə MEYL EDİR? –
Son zamanlar subay qızların evli kişilərə maraq salması halları artmaqdadır. Bir çoxları bunu “sevginin gözü kordur” adlandırsa da, əksəriyyət psixoloji problem hesab edir. Hətta bir çox qızlar evli kişilərlə münasibət qurmasını belə əsaslandırırlar ki, başqa qadının xoşbəxt edə bilmədiyini o bəxtəvər edə bilər.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Elmir Əkbərin sözlərinə görə bu tip qızlar bir kişinin qəhrəmanı olmaq istəyirlərsə, onların yolunda sağlamlıqlarını fəda edən qaziləri xoşbəxt etsinlər:

“Belə olanda da, hamı o qızı alqışlayar ki, travmalı bir gənci xoşbəxt edib.Yəni qızların bu bəhanələri olduqca absurddur. Bu nağıla ancaq uşaqlar inanar. Görüm, həmin qızlar əlində zibil arabası daşıyan evli və bədbəxt kişini də xoşbəxt etmək istəyərmi? Təbii ki, yox”.

Psixoloq əlavə edib ki, evli kişi ilə münasibət quran qızların həmin kişilərdən maddi baxımdan böyük ümidləri olur:

“Mən hər şeyi öz adıyla çağırmağı sevirəm. Bu, açıq-aşkar fahişəliyin başqa bir növüdür. Sevgisiz qurulan ailələrə görə, kimsə sonralar sevgi ilə rastlaşır, həmin şəxsə aşiq olur. Bir çox vaxtlarda qarşı tərəfin evli olması sonradan ortaya çıxır.

Bu, nadir hallarda baş verir.

Çox vaxt isə bu, məqsədyönlü baş verir. Çoxu bunu başqa səbəblərin adı altında təqdim edir. Reallıq odur ki, bu kütləvi meyilin altında asan yolla nəsə əldə etmək dayanır. Təbii ki, ailəli kişilər subay məşuqələrinə nələrsə edir, hədiyyələr alır, pul verirlər.

Elə qız var ki, kişidən böyük şeylər istəyir, eləsi isə bir qarın yeməyə görə də bu yola əl atır. Çünki həmin kişi qıza ümid verir ki, ona nələrsə alacaq. Bütün bunların fonunda isə bir səbəb dayanır: asan yolla qazanc əldə etmək...

Sizə deyim ki, bunu artıq yalnız qızlar etmir, oğlanlar da bu yola baş vururlar. Belə gənclər “TikTok”da, “İnstagram”da tullanıb düşüb pul qazanan insanlara baxırlar, həvəsə düşürlər. Özləri bu yolda uğur qazana bilməyəndə, bu kimi başqa variantlara əl atırlar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
538 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...