Öldürülən müğənninin bacısı Əli Mirəliyevi məhkəməyə verəcək
Xəbər verdiyimiz kimi, oktyabrın 16-sı qısqanclıq zəminində müğənni Yaqut Haşımova həyat yoldaşı Anar Həşimov tərəfindən qətlə yetirilib.
Mərhumun duet ortağı, müğənni Əli Mirəliyev “Bizimləsən” ictimai-sosial verilişə zəng edərək “Sağikən Yaqut içkili halda mənə zəng vurmuşdu. O, yolunu azmışdı” kimi şok iddialar səsləndirib.
Bizim.Media xəbər verir ki, Ə.Mirəliyev ötən gün sözügedən proqrama gələrək işlətdiyi kəlmələrə görə, mərhumun ailəsindən və bacısı Şəlalədən üzr istəyib.
“Mən o gün səhv danışmışam. Sənin bacın içkili olmayıb. Mənə gecə vaxtı bir kişi zəng vurmuşdu. O isə içkili halda idi. Söylədi ki, ad günü məclisi edəcəyəm səni və duet ortağın Yaqut Həşimovanı dəvət etmək istəyirəm. Kişi içkili, mərhum bacın yox. Çaşıram, 75 yaşım var. Sən də məni başa düş. Mən Allahın yanında düz adamam, əyri deyiləm”, - deyə müğənni bildirib.
Lakin mərhumun bacısı Şəlalə qarşı tərəfi bağışlamayacağını və onu məhkəməyə verəcəyini bildirib:
“Mən, nə də ailəm, anam Əli Mirəliyevin üzrxahlığını qəbul etmirik. Əli Mirəliyevi də bacımın namusuna dil uzatdığına görə, məhkəməyə verəcəyəm. Qanun qarşısında cəzasını alacaq. O mənim, namuslu, ismətli, şou-biznesdə müğənnilər çoxdur, amma bacım Yaqut Həşimovadan yoxdur. Sən Əli Mirəliyev demisən ki, bacım içki düşkünüdür.
Sən ona görə mənə cavab verəcəksən. Mən demirəm ki, sən bacımın qatilisən. Sənin 75 yaşın var, amma 75 yaşlıq ağlın yoxdur. Sən mənim bacımın namusuna ilişdin. Bilirsən bu nədir? Çünki sizdə o namus söhbəti yoxdur.
Hamı da sosial şəbəkədə yazır ki, sən evindən-eşiyindən didərgin düşən adamsan. Sən namus bilmirsən nədir.
Sən mənim bacımı içki düşkünü adlandırmısan, indi isə deyirsən ki, əridir içki düşkünü. Mən sənin üçün nə Rəqsanə İsmayılovayam, nə dəki o birisi, bu birisi... Sən mənə o dediyin sözlərə görə, qanun qarşısında cavab verəcəksən. Qanun da nə qərar çıxaracaqsa, onu da hamı biləcək”.
Daha sonra Əli Mirəliyev bir neçə dəfə mərhumun ailəsindən üzr istəyib. O hətta Şəlalənin ailəsigilə gələcəyini və oradan onlardan üzr istəyəcəyini bildib. Lakin Şəlalə Əli Mirəliyevin bu addımını da rədd edib.
Qeyd edək ki, Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olurmuş. O, “Azəristar” yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır. Y.Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var. Hadisə qısqanclıq zəminində törədilib.
617 dəfə oxundu