"Baku TV"yə peyk yayımçısı lisenziyası verilib
Audiovizual Şuranın növbədənkənar iclası keçirilib, "Baku TV"yə peyk yayımçısı lisenziyası verilib.
Bu barədə "Report"a Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, iclasda Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun ərazisində keçirdiyi uğurlu və sürətli lokal antiterror tədbirləri, bu tədbirlərdən sonra bölgədə yaranan vəziyyət, həmin bölgədə yaşayan əhalinin informasiya təminatının yaradılması və bölgənin ümumölkə informasiya məkanına reinteqrasiyasının təmin olunması, habelə lisenziyaların alınması üçün "Baku TV" MMC-nin və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Audiovizual Şuraya müraciətləri müzakirə olunub.
Qarabağ iqtisadi rayonunun ərazisində yaşayan əhalinin obyektiv və operativ informasiya ilə təminatının yaradılmasının təxirəsalınmazlığını nəzərə alaraq Audiovizual Şura "Baku TV" MMC-yə peyk yayımı həyata keçirən platforma yayımçısı (televiziya redaksiyasının adı "Baku TV"), "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-yə ümumölkə yerüstü radio yayımıçısı (radio redaksiyanın adı "Azərbaycan Beynəlxalq Radiosu") lisenziyalarının verilməsi haqqında müvafiq qərarlar qəbul edib.
556 dəfə oxundu