Xankəndiyə qayıdış üçün hazırlıq işlərinə başlanıldı

Xankəndiyə qayıdış üçün hazırlıq işlərinə başlanıldı
Xankəndi şəhərinə qayıdış üçün hazırlıq işlərinə başlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin Goranboy rayonunda müvəqqəti məskunlaşmış, Xocalı və Xankəndidən olan məcburi köçkünlərlə keçirdiyi görüşdə məlumat verilib.

Görüşdə Xocalı İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, məcburi köçkün icmalarının nümayəndələri, ziyalılar, ictimai fəallar iştirak ediblər.

Goranboy şəhəri yaxınlığında məcburi köçkünlər üçün salınmış yaşayış məhəlləsində və Ağcakənd qəsəbəsində keçirilən hər iki görüşdə şəhidlərin xatirəsi ehtiramla yad edilib, torpaqlarımızın işğaldan azad edilməsində, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin olunmasında vətənpərvərlik nümunəsi göstərən hərbçilərimizin xidmətləri yüksək dəyərləndirilib, özünün mükəmməl siyasəti, diplomat və sərkərdə istedadı ilə xalqımıza böyük Zəfər qazandıran Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə məcburi köçkünlər adından dərin minnətdarlıq bildirilib.

44 günlük Vətən müharibəsindən və Qarabağ iqtisadi rayonu ərazisində aparılan 1 günlük lokal antiterror tədbirlərindən sonra yaranan vəziyyət, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası, doğma torpaqlara geri dönüşün gedişi barədə görüş iştirakçılarına ətraflı məlumat verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
538 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...