Məhkəmə "Hürriyyət"in Youtube kanalına məhdudiyyət tətbiq etdi

Məhkəmə "Hürriyyət"in Youtube kanalına məhdudiyyət tətbiq etdi
Nərimanov Rayon Məhkəməsinin yutub kanallarından birinə qarşı məhdudlaşdırma qərarı çıxarması barədə məlumatlar yayılıb.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan məlumatlarda məsələnin əsl mahiyyətinin nədən ibarət olduğu bildirilməyib.

Əldə etdiyimiz məlumata görə, söhbət “Hürriyyət” qəzetinin eyniadlı yutub kanalından gedir. Kanala girişin məhdudlaşdırılması ilə bağlı Baş Prokurorluq məhhkəməyə ərizə ilə müraciət edib.

Mülki qaydada edilmiş müraciətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi maraqlı şəxs qismində tanınıb. Prokurorluq müraciətini onunla əsaslandırıb ki, “Hurriyet TV” kanalında yayılması qanunla qadağan edilən informasiyalar yayılıb.
Ətraflı

"İnformasiya, informasiyalaşdırma informasiyanın mühafizəsi haqqında" Azərbaycan ve Respublikasının Qanunun 13-2.3.11-cü maddəsinə əsasən də Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiyaların yayılması yolverilməzdir. Bu cür hallar müəyyən edildikdə isə müvafiq icra orqanı qanuna uyğun olaraq məhkəməyə müraciət edə bilər.

Bu yaxınlarda sözügedən qanunu pozduğuna görə “Hürriyyət qəzeti Redaksiyası” MMC-nin baş redaktoru Vüqar Məmmədov inzibati məsuliyyətə cəlb edilib.

Ərizəyə hakim Aytən Novruzovanın sədrliyi ilə baxılıb.

Məhkəmə belə qənaətə gəlib ki, Mülki Prosessual Məcəllənin 216-220-ci, 355-20-ci, 355-21-ci 355-22-ci maddələri rəhbər tutulmaqla Baş Prokurorluğun ərizəsi təmin edilməlidir. Qərara əsasən “Hurriyet TV” yutub kanalına giriş məhdudlaşdırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
554 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...