Marketlərin qiymət tələsi - Vitrin və kassada qiymət fərqinə niyə nəzarət olunmur?

Marketlərin qiymət tələsi -
Bu ilin I yarısında Azərbaycandakı mağazalarda məhsulların vitrin və kassa qiymətlərindəki fərqlərə görə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə indiyə qədər olmadığı qədər müraciətlər daxil olub.

Məsələ ilə bağlı Trend-ə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bununla bağlı istehlakçılardan çoxlu şikayətlər alırıq.

"Birmənalı şəkildə bu süni qiymət artımı və aldadılmasıdır. Belə hallar ölkəmizdə çox geniş yayılıb.Bu “yanlışlıqlar”ın hamısı bilərəkdən edilir. Hələ olmayıb ki, vitrindəki qiymət kassadakı qiymətdən baha olsun. Məsələn, vitrində məhsulun qiyməti 4 manat 50 qəpikdirsə, kassada 4 manat 80 qəpik göstərilir. Bu, doğrudan da yanlışlıqdırsa, qoy bir dəfə də vətəndaşın xeyrinə olsun, niyə olmur?!"

Ekspert qeyd edib ki, istehlakçı belə halla qarşılaşdıqda vitrindəki qiyməti və kassa çekində olan qiymətin şəkilini çəksinlər.

"Sonra isə stehlakçı özünün iştirakı ilə mütləq şəkildə qiymətin dəyişdirilməsinə təşəbbüs göstərməlidir. Əgər alıcının iradına əməl olunmazsa, o, nömrəli İqtisadiyyat Nazirliyinin qaynar xəttinə müraciət edə bilər. Ən böyük aldadılma faktları kartlarla ödənilmə zamanaı daha çox baş verir. Kartla ödəniş zamanı telefonunuza gələn mesajı dükandan çıxmadan yoxlayın. Bəzən də olurki alınmayan malların çekə vurulması halları da baş verir. Birliyimizin hesablamalarına görə, ölkəmizdə istehlakçıların almadıqları mala görə ödədiyi pulun həcmi 500 milyon manatdır", - deyə o qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
458 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...