Hacı olmaq istəyən 17 min insan HƏBS EDİLDİ

Hacı olmaq istəyən 17 min insan
Səudiyyə Ərəbistanı təhlükəsizlik orqanları tərəfindən icazəsiz Həcc ziyarətinə cəhd edən 17 mindən çox insan həbs edilib.

Bu barədə Həcc Təhlükəsizlik Komitəsinin rəhbəri general-leytenant Məhəmməd Əl-Bassami “ArabNews“a bildirib.

Onun sözlərinə görə, ümumilikdə 17 615 nəfər həbs edilib.

Qeyd olunub ki, onların arasında yaşayış, iş və sərhəd təhlükəsizliyi qaydalarını pozan 9509 nəfər, eləcə də 105 saxta həcc kampaniyasının təşkilatçıları var.

Onların hamısı prokurorluğa verilib.

Həmçinin məlum olub ki, Həcc ziyarətinə icazəsi olmayan 202 695 nəfər Məkkəyə giriş məntəqələrindən, müqəddəs yerlərə giriş icazəsi olmayan 128 999 avtomobil isə geri qaytarılıb.

Zəvvarları daşıyan daha 33 nəfər həbs edilib və cəzalandırılacaq.

Xatırladaq ki, ötən həftə Məkkə və Mədinədə Həcc ziyarəti keçirilib. Ziyarətdə iki milyondan çox insan iştirak edib. Bu il, koronavirus pandemiyasının başlanmasından bəri ilk dəfə olaraq, Səudiyyə Ərəbistanı hakimiyyəti 2020-ci ildən əvvəlki qədər insanın həcc ziyarətinə getməsinə icazə verib.
konkret.az


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
535 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...