"Mazda" 374 min avtomobilini geri çağırır

"Mazda" 374 min avtomobilini geri çağırır


Yaponiyanın "Mazda" avtomobil konserni ABŞ bazarında satışa çıxarılan 374 min ədəd avtomobilini geri çağırır.

"APA-Economics"in məlumatına görə, buna səbəb avtomobillərdə yerləşdirilən təhlükəsizlik yastığında nasazlığın olmasıdır. Təhlükəsizlik yastıqları "Takata" şirkəti tərəfindən istehsal olunub.

Bildirlir ki, geri çağrılan avtomobillərin mütləq əksəriyyəti 2003-2008-ci illərin istehsalı olan "Mazda 6" modeli, 2006-2007-ci ilin istehsalı olan "Mazda Speed 6" və 2004-cü ilin istehsalı olan "RX-8" modellərinə aiddir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
931 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...