"Bank Respublika" üç filialını bağladı

"Bank Respublika" üç filialını bağladı


Azərbaycanda daha bir bank bir neçə filialını bağlamaq məcburiyyətində qalıb.

"Bank Respublika" Şəki, İmişli və Göyçay filiallarının fəaliyyətini fevralın 1-dən dayandırır. Bank rəhbərliyi ölkənin maliyyə sistemində yaranmış vəziyyəti, həmçinin qeyd olunan filialların rentabellik və potensial baxımından aşağı səviyyədə olmasını nəzərə alaraq, onların bağlanması haqqında qərar verib. Bununla yanaşı, Şəki, İmişli və Göyçay filiallarının müştərilər qarşısındakı öhdəlikləri bankın yaxın rayonlarda yerləşən filiallarına transfer edilib./Qafqazinfo/



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1035 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...