Türkiyədə bir gündə 700-dən çox qumarbaz həbs edildi

Türkiyədə bir gündə 700-dən çox qumarbaz həbs edildi


İstanbulda qanunsuz qumar oyunların təşkilatçılarına qarşı polisin apardığı xüsusi əməliyyat nəticəsində 700-dən çox nəfər saxlanılıb. Bu barədə Trend "Haber7" qəzetinə istinadən məlumat verir.

Əməliyyat səhərə yaxın 4 saat ərzində İstanbulun bir neçə rayonunda aparılıb. Saxlanılanlar arasında əcnəbilər də var. Onların hansı ölkə vətəndaşı olması barədə məlumat verilmir. Qeyd edək ki, Türkiyədə 1996-cı ildən bəzi qumar oyunları qadağan edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1057 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...