Sıradan çıxan peykimizə görə bu şirkət 45 milyon sığorta ödəyəcək

Sıradan çıxan peykimizə görə bu şirkət 45 milyon sığorta ödəyəcək
Xəbər verdiyimiz kimi, bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi açıqlama yayaraq Azərbaycanın “Azersky” peyki ilə əlaqənin itdiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, Nazirlik “Azersky” peyki ilə əlaqənin itməsinə mümkün səbəb kimi kiçik ölçülü kosmik tullantı və ya meteorit ilə toqquşma ehtimalını göstərib.

Nazirlikdən, həmçinin qeyd ediblər ki, “Azersky” peyki 45 milyon manat məbləğində sığortalanıb və artıq sığorta məbləğinin alınması işlərinə başlanılıb.
Məlumat üçün bildirək ki, “Azersky” peyki ötən ilin dekabr ayında “Paşa Sığorta” ASC (VÖEN- 1400837161) tərəfindən bir il müddətində sığortalanıb.
Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) tender müsabiqəsinin qalibi olan “Paşa Sığorta” ASC-yə 517 min 900 manat ödəyib.
Qeyd edək ki, “Azersky” peykinin dəyəri isə 24,3 milyon avroya (45,3 milyon manat) bərabərdir.
Məlumat üçün bildirək ki, “Azersky” peyki Azərbaycana məxsus 3 peykdən biri olub. “Azersky”dan başqa Azərbaycanın 2 rabitə peyki (“Azerspace-1” və “Azerspace-2”) də var.
“Azersky” Azərbaycanın ilk yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olub. Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində 2014-cu ilin iyun ayında orbitə çıxarılıb.
“Azersky”ı sığortalayan “Paşa Sığorta” ASC isə aktivlərinə görə (15,5 milyard manat) ölkənin ən böyük şirkəti olan “Paşa Holdinq”ə məxsusdur. Nizamnamə kapitalı 50 milyon manat olan “Paşa Sığorta” ASC 2006-cı ildə təsis olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
618 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...