Tərtərdə “Heydər Əliyev İli” çərçivəsində mütamadi olaraq iməciliklər keçirilir

Tərtərdə “Heydər Əliyev İli” çərçivəsində mütamadi olaraq iməciliklər keçirilir
Tərtərdə “Heydər Əliyev İli” çərçivəsində mütamadi olaraq iməciliklər keçirilir
Respublika Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi və Ümummilli Liderin anadan olmasının 100 illiyi ilə əlaqədar respubikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da rayon icra hakimiyyətinin Tədbirlər Planına əsasən silsilə tədbirlər keçirilir.
Tədbirlər Planına uyğun olaraq aprelin 15-də Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev prospektində “Ana abidəsi” adlanan ərazidə keçirilən iməcilikdə rayon icra hakimiyyətinin və İƏD üzrə nümayəndəliklərin əməkdaşları iştirak ediblər.
Əvvəlcə ərazidə təmizlik işləri aparılıb, ağacların dibləri və köhnəlmiş qazon hissələr yenidən səpilməsi üçün bellənib, səliqə-səhman yaradılıb.
İməciliyin keçirilməsində məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ümummilli liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliq və yaşatmaqdan ibarətdir.

Tərtərdə “Heydər Əliyev İli” çərçivəsində mütamadi olaraq iməciliklər keçirilir



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
920 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...