"Fuad Poladova son zərbəni vurana sayqım yoxdur"

"Fuad Poladova son zərbəni vurana sayqım yoxdur"
Aktyor Kamran Yunis ötən gün dünyasını dəyişən Xalq artisti Azər Paşa Nemətovla bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, onun "O da öldü... İndi kim mən, mən, mən deyəcək? Bəlkə də belə yazmaqda haqsızam, amma elə yaşayaq ki, rəhmət deyənlər çox olsun" sözləri tənqdi edilib.

Yazılanlara reaksiya verən K.Yunis mərhum Xalq artisti Fuad Poladovun Akademik Milli Dram Teatrından getməsini xatırladaraq bunları əlavə edib:

"Fuad Poladovu teatrdan uzaqlaşdıran və ya son zərbə vurana mənim kitabımda sayqı yoxdur. Hələ teatrdan qovduğu həqiqi istedadlı gəncləri sadalamıram: İlham Hüseynov, Hikmət Rəhimov, Murad İsmayıl... Bu gənclər hərəsi bir teatrdır. Ustadınızdır, gedin yas tutun. Mənim dəyərlər sistemim belədir".

Qeyd edək ki, Xalq artisti Azər Paşa Nemətov ötən gün 75 yaşında vəfat edib. O, Akademik Milli Dram Teatrının direktoru idi. Fuad Poladov teatrın direktoru ilə yaşadığı mübahisəyə görə oradan uzaqlaşmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
517 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...