Şirkətin baş sponsorluğu ilə İllik İnnovasiya Sammiti keçirilib

Şirkətin baş sponsorluğu ilə İllik İnnovasiya Sammiti keçirilib

13 dekabr 2022-ci il tarixində Bakı Konqres Mərkəzində “PAŞA Holding”in təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və Bakcell şirkətinin baş sponsorluğu ilə 2-ci İllik İnnovasiya Sammiti baş tutub.
Tədbirin əsas məqsədi texnologiya sahəsində aparıcı şəxsləri və şirkətləri, eləcə də innovasiya yönümlü startapları Bakıda bir araya gətirmək, onlar üçün peşəkar müzakirələr, fikir və təcrübə mübadiləsi imkanı yaratmaq və beləcə ölkə və regionda innovasiya ekosisteminin formalaşmasına dəstək göstərməkdir.
Sammit zamanı aparıcı yerli və xarici şirkət nümayəndələrinin, dünyaca məşhur spikerlərin iştirakı ilə təqdimatlar, panel müzakirələri, çıxışlar, startapların təqdimatı və təlimlər baş tutub.
Tədbir çərçivəsində “Telekommunikasiya sənayesinin inkişafı üçün tərəfdaş ekosistemindən istifadə” mövzusunda keçirilən panel müzakirəsində Bakcell şirkətini marketinq rəhbəri Elçin Gülməmmədov təmsil edib. O, öz çıxışında Azərbaycanın “Speedtest Qlobal” İndeksində mobil internetin sürətinə görə regional lider olduğunu vurğulayıb: “Bakcell şirkətinin internet sürəti üzrə göstərdiyi nəticələr həmin reytinqdə ölkəmizin ümumi mövqeyinə böyük təsir göstərib. Bakcell dörd il ardıcıl olaraq Azərbaycanın ən sürətli mobil şəbəkəsi adına layiq görülüb. Bu isə ölkəmizdə telekommunikasiya sahəsinin inkişafının parlaq nümunəsidir. Bakcell insanlara ən keyfiyyətli şəbəkə ilə xidmət göstərməkdən çox məmnundur. Bütün bunlar isə sübut edir ki, ölkədə rəqəmsal xidmətlərin inkişafı üçün müvafiq infrastruktur mövcuddur”.
Qeyd edək ki, Bakcell şirkəti artıq ikinci ildir ki “PAŞA Holding”in təşkilatçılığı ilə keçirilən İllik İnnovasiya Sammitin baş sponsorudur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
651 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...