Ukrayna Futbol Assosiasiyasının prezidenti həbs edilib

Ukrayna Futbol Assosiasiyasının prezidenti həbs edilib
Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Pavelko maliyyə fırıldaqçılığında ittiham olunur.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Bildirilir ki, adıçəkilən prezident mənimsəmədə şübhəli bilinərək həbs edilib.

Onunla bağlı məhkəmə qərarında 9,88 milyon qrivna (təxminən 270 min dollar) məbləğində girov variantı var.

Bundan əvvəl Ukrayna KİV-i məlumat yayıb ki, qurum rəhbəri futbol meydançaları üçün süni örtük istehsalı zavodunun tikintisi ilə bağlı sövdələşmə üzrə külli miqdarda pul mənimsəməkdə şübhəli bilinir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
573 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...