6 yaşlı Zəhranın anası yardım gözləyir: “Qızımın beldən aşağısı tam deformasiya olub” - FOTO

6 yaşlı Zəhranın anası yardım gözləyir:
2016-cı il təvəllüdlü Əsədova Zəhra Bəxtiyar qızı “Spina bifina” adlı xəstəlikdən əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun anası Əsədova Leyla Tofiq qızı məlumat verib.

O qeyd edib ki, övladı doğulduğu zaman onda bel-omba və büzdüm sümüyü aşkarlanmayıb:

“Onun beldən aşağısı tam deformasiya olub. Nəcis və sidik ifrazı qeyri-iradidir. Qızımın 6 yaşı olmasına baxmayaraq, yeriyə bilmir və ətrafdakıların köməyinə möhtacdır. Həmçinin Zəhranın diz və topuq oynaqları da deformasiya olunub. 90 faiz bağırsaqları əməliyyatla çıxarılıb. Zəhra qeyri-iradi nəcis və sidik ifrazına görə sinir əməliyyatı olunmalıdır. Bunun üçün Türkiyədə özəl klinikalardan birindən bizdən 7500 dollar pul tələb edilir. İmkanlı şəxslərdən mənə kömək etmələrini xahiş edirəm”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən vətəndaş Əsədova Zəhra Bəxtiyar qızının valideyni ilə əlaqə saxlanılıb. İcra olunacaq əməliyyatın icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olmadığı bildirilib.

Ailə ilə əlaqə: 070 982 76 26


6 yaşlı Zəhranın anası yardım gözləyir:
6 yaşlı Zəhranın anası yardım gözləyir:
6 yaşlı Zəhranın anası yardım gözləyir:
6 yaşlı Zəhranın anası yardım gözləyir:
6 yaşlı Zəhranın anası yardım gözləyir:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
585 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...